Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Baş nazirlər Füzuli və Ağdamda

06 may 2025, 18:08
Baş nazirlər Füzuli və Ağdamda

Mayın 6-da Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.    

Nazirlər Kabinetindən Liderxeber.az verilən məlumata görə, Ə.Əsədov və A.Turçin iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Ağdam rayonundakı Ağdam Sənaye Parkına gəliblər. Hökumət başçıları sənaye parkının ərazisinə baxış keçirib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.  Füzuli və Ağdam rayonlarına səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Sarıcalı kəndində yenidənqurma işləri ilə tanış olublar.

Baş nazirlərə məlumat verildi ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Baş nazirlər, həmçinin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.

Mayın 6-da Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.