Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Məntəqəni su basdı, sürücülər çarəsiz qaldı

06 may 2025, 17:26
Məntəqəni su basdı, sürücülər çarəsiz qaldı

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.

Liderxeber.az xəbər verir ki, elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 

Kadrlarda avtomobillərini elektriklə təmin etmək istəyənlərin məntəqəyə yaxınlaşa bilmədiyini görmək mümkündür. Problemin ötən axşam yağan yağışdan sonra ortaya çıxdığı bildirilir. 

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazini təmizləmək üçün heç bir iş aparılmır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda yağış sularını kənarlaşdırmaq üçün Bakı Olimpiya Stadionunun drenaj sistemi mövcuddur.

Bakı Olimpiya Stadionunun mətbuat xidməti Fərid Əsədzadə isə saytımıza açıqlamasında qeyd etdi ki, sözügedən ərazi rəsmi olaraq stadionun deyil: “Stadionun parkinqidir, ancaq cavabdeh biz deyilik. Stadiona aid olan ərazi hasarlanıb”.