Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Qəbul imtahanlarının II cəhdinin tarixləri - Açıqlandı

06 may 2025, 13:18
Qəbul imtahanlarının II cəhdinin tarixləri - Açıqlandı

I, II, III və IV ixtisas qrupları üzrə qəbulun II mərhələsinin 2-ci cəhd imtahanlarının vaxtı və qeydiyyat tarixi açıqlanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbul imtahanlarının II cəhdində iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdankeçə bilərlər.

Qeyd olunub ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.