Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Naxçıvanda XİN Aparatının idarəsi yaradılacaq

05 may 2025, 16:56
Naxçıvanda XİN Aparatının idarəsi yaradılacaq

Azərbaycan Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Qanununa uyğun olaraq, Azərbaycan səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Qurum, həmçinin Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Naxçıvandakı İdarəsi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər, eləcə də bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.

Fərmanla “Azərbaycan Xarici İşlər Nazirliyində işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri haqqında” Azərbaycan  Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1066 nömrəli Sərəncamı ləğv edilib.

Sözügedən Fərmanla Xarici İşlər Nazirliyinin strukturu da təsdiqlənib.

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Aparatı – idarələr və şöbələr, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları nazirliyin strukturuna daxildir.