Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Azərlotereya" "Bakı Marafonu-2025"də

05 may 2025, 15:05
"Azərlotereya" "Bakı Marafonu-2025"də

"Azərlotereya" bu il də ənənəsinə sadiq qalaraq "Bakı Marafonu-2025"ə tərəfdaş qismində qatılıb və ölkədə sağlam həyat tərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davam etdirib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi. Artıq səkkizinci dəfə baş tutmuş marafon ölkədə idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə xidmət edir.

Marafonun əyləncə zonasında qurulan "Azərlotereya" stendi ziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçün müxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.

Marafonun start və finiş nöqtəsi, ötən illərdə olduğu kimi, bu dəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlik məsafəni qət ediblər.

Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı ilə yadda qalıb.

Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan "Azərlotereya" korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli tədbirlərə dəstəyini hər zaman davam etdirəcək.