Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır

05 may 2025, 09:46
Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır

Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində binada yaşayış olduğu halda evlər sökülür.

Liderxeber.az xəbər verir ki, bildirilib ki, binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.

Sakinlərin iddiasına görə, evdən çıxmağı qəbul etməsələr də, söküntü işlərinə başlanılıb: “Söküntüyə görə su kəsilib, kanalizasiya boruları işləmir”.

Digər vətəndaş isə təklif olunan məbləğə ev ala bilməyəcəyini deyib: “Bütün sakinləri razılığa gətiriblər, məni yox... Evimiz 15 kvadrat metrdir, 39-40 min təklif edirlər. Ancaq mən bu kompensasiya ilə razılaşmıram. Çünki o məbləğə heç bir yerdən ev almaq mümkün deyil”.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda park salınacaq: “Gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq”.