Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Şamaxıda tənha analara dəstək üçün sosial müəssisə açıldı - Fotolar

01 may 2025, 17:42
Şamaxıda tənha analara dəstək üçün sosial müəssisə açıldı - Fotolar

“Tənha Anaların Sosial İnkişafına Dəstək” layihəsi çərçivəsində Şamaxı rayonunu Göylər kəndində sosial müəssisə açılıb.

Liderxeber.az xəbər verir ki, “PAŞA Holding”in maliyyə dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə icra olunan “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Şamaxı rayonunun Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib.

Açılış tədbirində Şamaxı RİH başçısının müavini Etibar Muradlı, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə, “PAŞA Holding”in Dövlət Qurumları ilə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova, KOBİA-nın Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, Şamaxı RiH-nin dəstəyi ilə uşaqlarını təkbaşına böyüdən və aztəminatlı ailələrdən olan analar arasında seçim aparılıb. Seçilmiş namizədlər Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub və “PAŞA Holding”in maliyyə dəstəyi ilə layihəyə qoşulan şəxslərə istehsal üçün zəruri avadanlıqlar təqdim edilib.

Yeni sosial müəssisənin yaradılmasında əsas məqsəd işsiz tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır.

Layihə, həmçinin tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmağa və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə geniş imkanlar açır.

Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində işçi sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı olaraq, Göylər kəndində yaradılan yeni sosial müəssisədə 20 nəfər işlə təmin ediləcək. Qarşıya qoyulan hədəf isə yalnız Şamaxı rayonu üzrə 100 nəfərə qədər xanımların işlə təmin olunmasıdır.