Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

FHN mediatur təşkil etdi - Fotolar

01 may 2025, 13:28
FHN mediatur təşkil etdi - Fotolar

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin növbəti monitorinqi ilə tanışlıq məqsədilə FHN tərəfindən mediatur təşkil olunub.

Liderxeber.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər təhlükə potensiallı obyektlərin, eləcə də həmin obyektlərin yerləşdiyi ərazilərin yaxınlığındakı yaşayış evlərinin yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan monitorinq prosesini izləyiblər.

Monitorinq tədbirlərinin əsas məqsədi təhlükə potensiallı obyektlərin təhlükəsiz istismar edilməsi şəraitinin yaradılması, o cümlədən insanların həyat və sağlamlığının, əmlakının yanğından qorunmasından ibarətdir.

Monitorinq zamanı yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində təmizlik işləri aparılıb, o cümlədən ərazi məişət və istehsalat tullantılarından, qamışlıq və quru otlardan təmizlənib, gələcəkdə sözügedən ərazidə yanğınların baş verməməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Qeyd edək ki, bu tədbirlər FHN tərəfindən mütəmadi olaraq davam etdirilir.