Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“AzerGold”da komitənin növbəti iclası oldu - Fotolar

29 apr 2025, 16:09
“AzerGold”da komitənin növbəti iclası oldu - Fotolar

“AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC ABŞ” arasında hasilatın pay bölgüsü haqqında saziş üzrə rəhbər komitənin növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, rəhbər komitənin sədri, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə keçirilən iclasda saziş sahələrində həyata keçirilən fəaliyyətə dair gündəliyə daxil edilmiş məsələlər müzakirə olunub.

İclasda əvvəlcə “Gədəbəy” saziş sahəsi üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunub, yataqda istismar işləri ilə əlaqədar icrası nəzərdə tutulan infrastruktur layihələri üzrə təkliflərə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin Saziş üzrə dövləti təmsil etmək səlahiyyətinin “AzerGold” QSC-yə ötürülməsindən sonra digər saziş sahələrində istismara hazırlıq işləri çərçivəsində yerli qanunvericiliyin tələbləri və beynəlxalq standartlar əsasında həyata keçirilən tədbirlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan işlər müzakirə olunub.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında saziş üzrə layihəni idarə edən Rəhbər komitə “AzerGold” QSC, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “R.V. Investment Group Services, LLC” şirkətinin səlahiyyətli nümayəndələrindən təşkil olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli, 1176-VIQ nömrəli Qanunu ilə “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib.