Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Həmin sürücünün İçərişəhərə girişi qadağan olundu - Foto

29 apr 2025, 14:02
Həmin sürücünün İçərişəhərə girişi qadağan olundu - Foto

“İçərişəhər” ərazisində sürücünün məsuliyyətsiz davranışı müzakirələrə səbəb olub.

Liderxeber.az xəbər verir ki, bununla bağlı bloqer Mədinə Quliyeva sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, “90 VH-994” markalı avtomobilin sürücüsü uşaqların da olduğu yoldan sürətlə keçərək qaydaları pozub: “Ona “ərazidən uşaqlar keçir, belə maşın sürmək olmaz”, - dedik, ancaq o, “pulunu ödəmişəm, nə istəyirəm onu da edəcəyəm. Uşaqları vuranda danışarıq”,- cavabını verdi”.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi açıqlama yayıb. Qurumdan saytımıza bildirilib ki, həmin görüntülər dərhal nəzarətə götürülüb: “İctimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilib, hadisənin bütün detalları araşdırılıb və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulub.

Bildirmək istəyirik ki, qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcək”.