Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video

29 apr 2025, 11:16
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə DİN tərəfindən tədbirlər davam etdirilir.

Liderxeber.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə bilərlər.

Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.

Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.