Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Onların iş yeri və maaşı 6 ay saxlanılacaq”

29 apr 2025, 11:34
“Onların iş yeri və maaşı 6 ay saxlanılacaq”

“Sertifikasiya imtahanları, onların nəticələri barədə müsbət qərar qəbul olunmadığı halda işçinin əmək fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi açıq qalırdı və bununla bağlı bizə müraciətlər olurdu”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitə iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.

“Bu dəyişikliklərin qəbul olunmasının həm tibb işçilərinin əmək hüquqlarının qorunmasında, həm də onların iş keyfiyyətinin yaxşılaşmasında, peşəkarlığının yüksəlməsində böyük əhəmiyyəti olacaq”, - deyə komitə sədri qeyd edib.

Onun sözlərinə görə, sertifikasiya imtahanlarında uğur qazanmayan işçilərin iş yeri və maaşı 6 ay saxlanılacaq. Həmin tibb işçilərinə 6 ay sonra yenidən imtahan vermək imkanı yaradılacaq. 

Qeyd edək ki, bununla bağlı tibb mütəxəssislərinin sertifikasiya şəhadətnaməsini əldə etmələri ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.