Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Tanınmış həkimlər məhkəməyə gəldilər - Foto

23 apr 2025, 15:50
Tanınmış həkimlər məhkəməyə gəldilər - Foto

Talassemiyalı uşaqların müalicəsi üçün ayrılan pulları ələ keçirməkdə təqsirləndirilən şirkət rəhbəri Nuridə Seyidova və onunla birlikdə mühakimə olunan Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsinə tanınmış həkimlər gəlib. 

Liderexeber.az-ın məlumatına görə, Mərkəzi Gömrük Hospitalının cərrahı Mir Cəlal Kazımi, hadisə baş verən vaxt Talassemiya Mərkəzinin baş həkimi işləmiş Xuraman Cəfərova prosesdə ifadə verəcəklər. 

Onlar təqsirləndirilən şəxslər və zərərçəkmişlərin vəsatəti əsasında məhkəməyə çağırılıblar. Cinayət işini araşdıran hakim Azad Məcidov şahidlərin dindirilməsini zəruri hesab edib. 

Proses bir azdan başlayacaq. 

Zərərçəkmişlər ifadələrində deyiblər ki, onları təqsirləndirilən şəxslərin yanına Mir Cəlal Kazımi göndərib. X.Cəfərova da bu işlərdən xəbərdar olub.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.