Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Məhkəmə "Melissa Group"un sahibi Qalib Məmmədovla bağlı qərar verib

23 apr 2025, 14:21
Məhkəmə "Melissa Group"un sahibi Qalib Məmmədovla bağlı qərar verib

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan "Melissa Group" tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "Melissa Group" tikinti şirkətində ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində olan həbs qətimkan tədbiri də uzadılıb.