Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Sabah 27 dərəcə isti olacaq sabah-27-derece-isti-olacaq

21 apr 2025, 15:01
Sabah 27 dərəcə isti olacaq sabah-27-derece-isti-olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Liderxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 22-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 10-13, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət  isə gecə 65-70%, gündüz 50-60% təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-12, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.