Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Hesablama Palatası güzəştli ipoteka kreditlərinin verilməsində nöqsanlar aşkarlayıb

17 apr 2025, 17:01
Hesablama Palatası güzəştli ipoteka kreditlərinin verilməsində nöqsanlar aşkarlayıb

Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda (İKZF) güzəştli ipoteka kreditlərinin verilməsində bəzi nöqsanlar aşkarlayıb.

Liderxeber.az xəbər verir ki, güzәştli ipoteka kreditlәrinin verilmәsindәn geri qaytarılan vәsait tam olaraq tәkrar maliyyәlәşdirmәyә yönәldilmәyib, bir hissәsi ipoteka örtüyü ilә tәmin edilmiş ipoteka istiqrazlarının bağlanmasına vә digәr istiqamәtlәrә yönәldilib.

"2009-2023-cü illәr әrzindә ümumilikdә 185.5 milyon manat vәsait daxil olub ki, onun da 44,4 milyon manatı güzәştli ipoteka kreditlәrinin yenidәn maliyyәlәşdirilmәsinә, 129.4 milyon manatı fondun emissiya etdiyi ipoteka istiqrazlarının ödәnişinә yönәldilib, 11.7 milyon manatı isә hesablaşma hesabının qalığında qalıb. Fondun Nizamnamәsinә әsasәn, fәaliyyәtinin әsas mәqsәdi ölkә әhalisinin yaşayış sahәsi ilә tәmin edilmәsi olsa da, 2023-cü ildә verilmiş ipoteka kreditlәrinin әksәriyyәti Bakı şәhәrindә cәmlәnib, regionlarda eyni mәqsәdlә hәyata keçirilәn fәaliyyәtin yetәrincә genişlәnmәdiyi müşahidә edilib".

Palata qeyd edib ki, dövlәt büdcәsindәn Mәnzil İnşaatı Dövlәt Agentliyinin (MİDA) sәrәncamında olan mәnzillәrin güzәştli ipoteka kreditlәri vasitәsilә satışını dәstәklәmәk üçün ayrılmış vәsait tam istifadә edilmәyib, qalıq vәsait fond tәrәfindәn digәr likvid aktivlәrin alınmasına yönәldilib. Belә ki, 25.4 milyon manat vәsait fondun istiqrazlarının geri alınması üçün istifadә edilib. Dövlәt büdcәsindәn subsidiya üçün ayrılmış vәsaitin öhdәlik kimi 3 il qәbul edilmәsi vә proqnozlaşmanın tam әsaslı olmaması ayrılmış vәsaitin bir hissәsinin fondun hesabında qalmasına şәrait yaradıb.