Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İKTA-ya şöbə müdiri təyin olundu - Foto

17 apr 2025, 16:34
İKTA-ya şöbə müdiri təyin olundu - Foto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

Liderxeber.az xəbər verir ki, bu vəzifəyə Cahangir Atakişiyev gətirilib.

O, Bakı Dövlət Universitetində bakalavr və Bakı Slavyan Universitetində magistr təhsili alıb. ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun “Korporativ idarəetmə” proqramının məzunudur. 

Kommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik C. Atakişiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə müxtəlif vəzifələrdə çalışıb.

“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı və 74-cü Beynəlxalq Astronavtika Konqresində RİNN tərəfindən kommunikasiya koordinatoru olub. COP29 beynəlxalq tədbirində fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Qeyd edək ki, İKTA ölkədə İKT və rabitə sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.