Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb”

16 apr 2025, 17:39
“Son 59 ildə ilk dəfə bu həddə yağıntı qeydə alınıb”

Bakıda və Abşeron yarımadasında 15 saat ərzində 57 mm yağıntı düşüb.

Liderxeber.az  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 100 illik hidrometeoroloji statistik məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında ən güclü yağış 1966-cı ilin 23 aprel tarixində müşahidə edilib. Həmin gün 73.3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.

“Bu il aprelin 16-da gecə saatlarından başlayaraq 15 saat ərzində düşən yağıntının miqdarı 57 mm olub ki, bu da adətən ay ərzində düşən yağıntının miqdarından 2 dəfə (217%) çoxdur. Beləliklə, bu hal son 59 ilin rekord göstəricisidir”,- deyə, o qeyd edib.