Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Mərkəzlərdə tikilən evlərin qiyməti fantastikdir”

15 apr 2025, 12:35
“Mərkəzlərdə tikilən evlərin qiyməti fantastikdir”

“Mərkəzlərdə tikilən evlərin hər kvadrat metrinin qiyməti fantastik rəqəmlərdir”.  

Liderxeber.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı bildirib.

Millət vəkili qəzalı vəziyyətdə olan evlərin söküntüsünə və yeni evlərin tikintisinə başlanacağnı xatırladıb: “Təbii ki, burada dövlət vəsaitlərindən istifadə olunacaq. Bu vəsaitlərin istifadə olunmasında növbəti dəfə də çatışmazlıqlar, büdcədən vəsaitlərin istifadəsi zamanı qənaətli istifadə olunmaması, rəqəmlərin şişirdilməməsi üçün hansı işlər görüləcək?”

Ə.Məsimlinin sözlərinə görə, tikilən evlərin kvadrat metrinin qiyməti orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun deyil: “Burada xeyli səviyyədə məlum olan faktlar da var ki, iş adamlarından alınan vəsaitlər axırda gətirilib hər kvadratın üzərinə gəlir. Bu da xeyli dərəcədə Azərbaycanda ciddi xarakter daşıyan mənzil təminatının əlçatanlığına maneə yaradır”.