Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Naxçıvanda 46 milyonluq pozuntu - Materiallar Baş Prokurorluq və DTX-yə göndərilib

15 apr 2025, 11:35
Naxçıvanda 46 milyonluq pozuntu - Materiallar Baş Prokurorluq və DTX-yə göndərilib

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq, həyata keçirilmiş 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Liderxeber.az xəbər verir ki, bu, Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatında öz əksini tapıb. 

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilib və nəticələri rəsmiləşdirilib.

2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 mln. manat maliyyə pozuntusu aşkarlanıb, bunun 12,7 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 mln. manatı bank hesabında saxlanmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub.

İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19,0 mln. manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 mln. manatı əhəmiyyətli təhriflərdən ibarət olub.

Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 mln. manata bərabər olub.

4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərilmiş materiallar cinayət işlərinə əlavə olunmuşdur və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0,2 mln. manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0,1 mln. manatın ödənildiyi bildirilib.

Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.