Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

14 apr 2025, 16:05
“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir

“Azərsun Holdinq” uzun müddətdir ki, təhsilə dəstək sahəsində bir sıra layihələr həyata keçirir. Bunlardan biri də gələcək, potensiallı kadrların yetişdirilməsi üçün nəzərdə tutulan “GələcəkSƏN”dir. Layihə çərçivəsində karyerasında güclü başlanğıc etmək istəyən 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli yay təcrübə proqramı təşkil ediləcək.

Müraciət etmək istəyənlərin CV-lərini 15 May tarixinədək [email protected] elektron poçt ünvanına göndərmələri tələb olunur. Mövzu hissəsinə isə müraciət etmək istədikləri sahəni, misal üçün “Marketinq təcrübəsi üçün müraciət” yazılması mütləqdir.

Gələcək sənin əlindədir, bu yay sən də “GələcəkSƏN” ilə parlamaq üçün doğru yolda addımla! Qeyd edək ki, “Azərsun Holdinq” bir müddət əvvəl də təhsilə dəstək missiyası çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetin 20 magistr tələbəsinin yataqxana xərcini ödəyib.