Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Xidmətin hərbi qulluqçularına medallar təqdim edildi - Fotolar

14 apr 2025, 11:18
Xidmətin hərbi qulluqçularına medallar təqdim edildi - Fotolar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Prezident İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Xidmətin təltif edilmiş hərbi qulluqçularına medalların təqdim olunması mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkə başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Sonra təltif edilən hərbi qulluqçulara medallarını təntənəli şəkildə təqdim edərək onları bir daha təbrik edib və xidməti fəaliyyətlərində uğurlar arzulayıb. 

Qeyd edək ki, adları qeyd olunan hərbi qulluqçular xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə medala layiq görülüblər.