Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Foto

12 apr 2025, 10:32
Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan və İran nümayəndə heyətləri Zəngilanda və Naxçıvanda yol və elektroenergetika sahəsində birgə layihələrə baxış keçiriblər.

Liderxeber.az-ın məlumatına görə, Baş nazirin müavini Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsündə olublar.

Ş.Mustafayev bildirib ki, bu körpü Azərbaycanın əsas ərazisi Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirən ən qısa yol olacaq. Körpü Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən ən əlverişli marşrut olacaq.

Tikintinin bu ilin sonunadək tamamlanması planlaşdırılır.