Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə siyasəti aydın və qətidir - ŞƏRH

11 apr 2025, 09:56
Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə siyasəti aydın və qətidir - ŞƏRH

Bu gün Azərbaycan formalaşmaqda olan yeni dünya mizamının aktiv fazasında yer alan dövlətlər sırasındadır.

Dünya miqyasında  baş verən hadisələri addım-addım izləyən hər kəs üçün aydındır ki, Azərbaycan formalaşmaqda olan yeni dünya mizamının aktiv fazasında yer alan dövlətlər sırasındadır.

Bu faktdır ki, ölkəmiz beynəlxalq aləmin diqqət mərkəzindədir və bu da dövlətimizin getdikcə güclənməsi və  yüksələn xətlə şaxəli inkişafda olmasından irəli gəlir. Azərbaycan itisadi gücünü artırmaqla dünyanın diqqət mərkəzinə düşür ki, bu da ölkəmizin yeni-yeni nailiyyətlər qazanmasını şərtləndirir. Bu faktdır ki, iqtisadi güc hər zaman yüksək aparıcı təsirə malikdir və müstəqil dövlət  siyasətində  böyük əhəmiyyət daşıyır. Azərbaycan dünya xəritəsində kiçik ölkə olmasına baxmayaraq bacırıqlı, Müzəffər Lideri sayəsində durmadan inkişaf, tərəqqi edən, arzuolunan, etibarlı tərafdaş imici formalaşdıran ölkə olaraq tanınır.

Bu gün qədirbilən xalqımız qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Məlum olduğu kimi hazırda dünyada yeni nizam formalaşdırılır. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarının birində bu barədə xüsusi vurğulamışdır: “Biz yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq.Yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik”. Cənab İlham Əliyev bu günlərdə dünyanın beyin mərkəzlərinin iştirak etdiyi, ADA Universitetində baş tutmuş “Yeni dünya nizamına doğru” forumda çıxış edərək, Azərbaycanın müasir dövrdə nümayiş etdirdiyi xarici siyasətin əsas istiqamətlərini beynəlxalq birliyin diqqətinə çatdırdı.

Dövlət başçısı Türk Dövlətləri olan münasibətlərə də aydınlıq gətirərək Türk Dövlətləri Təşkilatının zamanla daha da güclənəciyini, bunun üçün imkan və fürsətlərin olduğunu vurğuladı.

Azərbaycanın Türkiyə ilə münasibətlərinin dünyada analoqunun olmadığını hər dəfə vurğulayan Möhtərəm Prezident beynəlxalq aləmdə bütün məsələlərin qarşılıqlı anlaşma və etimad mühitində həll edilə biləcəyinə diqqət çəkdi. Bu gün yerləşdiyimiz Cənubi Qafqaz regionunda məhz Azərbaycanın təşəbbüsü ilə yaranmış yeni reallıqlar xüsusilə Ermənistandan konservativ addımlar atmasını tələb edir. Əks təqdirdə bu ölkə dalan olmaqda davam edəcəkdir. Ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə siyasəti aydın və qətidir. 

Rəsmi İrəvan yaranmış tarixi imkan və şəraitdən yararlanmaqla gələcək inkişafına zəmin yarada bilər. Bütün bunlar isə zəmanətli sülhün nəticəsində mümkündür. İnanırıq ki, Ermənistan dırnaqarası havadarlarının məkrli niyyətlərinə uymayaraq tarixi fürsəti dəyərləndirəcək və bununla da Cənubi Qafqaz regionunun hərtərəfli inkişafına şərait yaranacaqdır. 

Nazilə Məmmədova;
Neftçala rayonu, müəllim