Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı

10 apr 2025, 13:49
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox artım balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin qiymətlərində müşahidə edilib.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından azalma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub.

Qeyd edilib ki, 2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.7 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.