Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

“Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki,..”

10 apr 2025, 11:03
“Avropa Şurasının Baş katibi məndən xahiş etdi ki,..”

“Avropa Parlamentində yer almayan, nəticə etibarilə Avropa Şurasında qərarlaşan bəzi avropalı siyasətçilərin müstəmləkəçilik düşüncəsi təəssüflər olsun ki, əks nəticə verir. Mən həmin vaxt sual verdim - Azərbaycanda kimsə bizim bu təşkilatda təmsil edilməməyimizə fikir verdimi?”

Liderxeber.az-ın məlumatına görə, bunu ötən gün ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zaman Azərbaycan Prezidenti İlham Əliyev deyib. 

Dövlət başçısı qeyd edib ki, bizim üçün həyat davam edir: “Yeri gəlmişkən, COP29 çərçivəsində Avropa Şurasının Baş katibi Azərbaycana səfər etdi və burada məndən bu təşkilatdan tam çıxmamağı xahiş etdi. Dedim ki, xahiş edirsinizsə, tam çıxmarıq. Lakin bizim orada olub-olmamağımız heç nəyi dəyişmir.

Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrinizin mövzusu da dəyişib.

Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur. Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir”.