Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçiriləcək

09 apr 2025, 10:37
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçiriləcək

6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu 11 aprel tarixində Bakıda keçiriləcək.

Liderxeber.az xəbər verir ki, Azərbaycanda süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan “Neurotime” və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu bu il ADA Universitetinin ev sahibliyində baş tutacaq.

Beynəlxalq Süni İntellekt və Big Data Forumu — süni intellektin bu günü və gələcəyi ilə bağlı qlobal müzakirələrin aparıldığı, onun cəmiyyətə, iqtisadiyyata və texnologiyaya təsirinin təhlil olunduğu nüfuzlu platformadır. Forumda ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu York Universiteti, Tallinn Texnologiya Universiteti və Kolumbiya Universitetinin professorları çıxış edərək, innovasiyalar və süni intellektin gələcək perspektivləri barədə dəyərli bilik və təcrübələrini bölüşəcəklər.

Tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər, elmi nailiyyətlər və innovativ həllər təqdim olunacaq. Forum yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif sahələrdə süni intellektin tətbiqi imkanlarının geniş şəkildə müzakirə olunacağı panel sessiyalarla zəngin olacaq. Bununla yanaşı, Azərbaycanda süni intellektin sənaye, səhiyyə, media, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi üzrə mövcud imkanlar və gələcək perspektivlər də Forumun əsas mövzuları arasında yer alacaq.