Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

"Birbank" QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın

08 apr 2025, 12:30
"Birbank" QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın

"Birbank" müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini genişləndirməyə davam edir.

Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.

Bunun üçün ödənişlər "Birbank" mobil tətbiqinin skan funksiyasından istifadə etməklə, eləcə də "Birbank" kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş qəbzi "Birbank" mobil tətbiqinə əlavə edildikdən dərhal sonra "ƏDV geri al" balansına əlavə olunacaq. Bu imkan yalnız "Birbank" və "PAŞA Bank"a məxsus POS terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir.

Qeyd edək ki, "ƏDV geri al" portalında bir istifadəçi gün ərzində maksimum 10, ay ərzində isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana bilər. ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə şamil edilir.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Birbank" 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "Paşa Holding"ə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.