Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

08 apr 2025, 11:40
2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Bakı Şəhər DYP İdarəsi avtomobili səkidə park edən sürücülərə müraciət edib.

Liderxeber.az xəbər verir ki, müraciətdə piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri kimi nəqliyyat vasitələrinin səkilərdə park edilməsi göstərilib.

“Apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik”, - deyə, məlumatda vurğulanıb.