Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Nazirlik işçisi olmuş terrorçu ağır cəzaya məhkum edildi

08 apr 2025, 09:44
Nazirlik işçisi olmuş terrorçu ağır cəzaya məhkum edildi

Dövlət və ictimai-siyasi xadimlərə sui-qəsd planlaşdırmaqda və başqa ağır cinayətlərdə ittiham olunan Elşən Nəcəfovun məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Məhkəmə belə qənaətə gəlib ki, Elşən Nəcəfova verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin səs yazıları, şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən, E.Nəcəfov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.Müttəhim son sözlə qapalı məhkəmə iclasında çıxış etmək istədiyini bildirib və xahişi qəbul edilərək prosesin son mərhələsi qapalı keçirilib.

Qeyd edək ki, 40 yaşlı Elşən 12 il Elm və Təhsil Nazirliyində işləyib, nazirliyin dəftərxana şöbəsinin baş məsləhətçisi olub.

Elşən ictimai tədbirlər zamanı xarici dövlət rəsmilərinə və Azərbaycanın dövlət, ictimai-siyasi xadimlərinə qarşı terror aktı törətməyə hazırlaşmaqda ittiham olunub. İstintaq zamanı onun bu niyyətini təsdiqləyən səs yazıları aşkar edilib. Həmin yazılarda Nəcəfov əlbir olduğu şəxsə hücum planları barədə məlumat verir.

O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Məhkəmə qərarı ilə Elm və Təhsil Nazirliyində iş otağına baxış keçirilib, xidməti kompüterində axtarış aparılıb.

E.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönəlmiş təkrar açıq çağırışlar) və 167-3.1-ci (dini ekstremist materialların hazırlanması, yayılması və ya saxlanması) maddələri ilə yekun ittiham elan edilib.