Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?

05 apr 2025, 09:39
Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?

Xırdalan şəhər sakini Ramin Ağayev övladının məktəb direktoru tərəfindən döyüldüyünü iddia edir. 

Liderxeber.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən valideyn bildirir ki, övladı Xırdalan şəhər 1 saylı orta məktəbin 5D sinfində oxuyur.

Atanın sözlərinə görə, məktəbli dekabrın 18-də təhsil ocağının direktoru Arifə Balakişiyeva tərəfindən döyülüb: “Məsələ ilə bağlı polisə, təhsil şöbəsinə və prokurorluğa müraciət etdim. Polisə müraciətdən sonra Arifə xanım 4 nəfər göndərərək şikayətimi geri çəkməyimi, əks halda məni öldürəcəklərini bildirərək hədələdi. Bunu təsdiq edən səs yazıları da var. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı və belə hadisənin baş vermədiyi deyilir. Sonra bildim ki, təhsil idarəsinin rəhbəri İlhamə xanım direktorun doğma xalası qızıdır”.

Hazırda övladının həmin məktəbdə oxuduğunu deyən R.Ağayev hadisədən sonra müəllimlərin uşağın qiymətini kəsməsindən şikayətlənir: “Mən övladımı məktəbindən, sinif yoldaşlarından ayırmaq istəmədim. Onsuz da o hadisədən sonra övladım travma alıb. Hadisə ilə bağlı gəlib bizə məlumat verdiyi üçün indi də müəllimlər uşağıma təzyiq göstərir, onun qiymətini kəsirlər”. 

Əldə etdiyimiz məlumata görə, müraciətlə bağlı Abşeron Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlamışıq.