Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Azərbaycan-Almaniya əlaqələri yeni mərhələyə qədəm qoyur

04 apr 2025, 10:30
Azərbaycan-Almaniya əlaqələri yeni mərhələyə qədəm qoyur

Almaniya və Azərbaycan arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda Avropa İttifaqı - Azərbaycan əlaqələrinin inkişafına da töhfə verir

Almaniya Azərbaycanın Avropadakı əsas iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artdığını müşahidə edirik. Almaniya şirkətlərin Azərbaycan bazarında daha aktiv iştirak etmək niyyətində olduğu görürük. Bu gün Almaniya şirkətləri ölkəmizdə əsasən sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və texnologiya sahələrinə maraq göstərir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin bu günlərdə Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək. Almaniya və Azərbaycan arasında əməkdaşlıq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda Avropa İttifaqı–Azərbaycan əlaqələrinin inkişafına da töhfə verir. Qlobal miqyasda enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin aktuallığı fonunda Almaniya kimi aparıcı Avropa dövləti ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın strateji maraqlarına uyğundur. Almaniya Avropa İttifaqının ən böyük iqtisadi gücü olaraq Azərbaycan üçün mühüm ticarət və investisiya tərəfdaşıdır. Səfər zamanı enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə edilmiş və bu məqam əsas məsələlərdən biri olmuşdur. Bu gün  Azərbaycan “yaşıl enerji” layihələri və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfəsini artırmağı hədəfləyir.

Almaniya şirkətlərinin Azərbaycanın bərpa olunan enerji sektoruna cəlb olunması müzakirə mövzularından biridir. Almaniyanın yüksək texnologiyalar və sənaye sahəsində təcrübəsi Azərbaycanın iqtisadi diversifikasiyası üçün vacibdir. Səfər çərçivəsində kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq məsələləri əsas müzakirə predmetlərindən olmuşdur. Tarixən Almaniya və Azərbaycan arasında mədəni və təhsil sahəsində əlaqələr geniş inkişaf edib.

Səfər çərçivəsində alman dili və təhsil proqramlarının dəstəklənməsi, eləcə də elm və akademik mübadilə məsələləri müzakirə edilmişdir. Almaniya Qafqaz regionunda əbədi sülhün və təhlükəsizliyin təmin olunmasını istəyən dövlətlərdən biridir. Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri regional sülh danışıqları və beynəlxalq təhlükəsizlik məsələləri baxımından da əhəmiyyət daşıyır. Fikirlərimin sonunda qeyd etmək istəyirəm ki, Frank-Valter Ştaynmayerin səfəri Azərbaycan-Almaniya əlaqələrinin yeni mərhələyə keçməsinə təkan verəcəkdir.

Nəriman Güləhmədov;
Neftçala rayon ziyalısı