Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Ballıcada evlərlə yanaşı, təhsil ocağı da mavi yanacaqla təmin edildi

03 apr 2025, 14:37
Ballıcada evlərlə yanaşı, təhsil ocağı da mavi yanacaqla təmin edildi

Bura şəhər mərkəzindən 10.6 km məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Söhbət Xocalı rayonunun Ballıca kəndindən gedir.

Həmin o kənd ki, 1988-ci ildən etibarən baş verən erməni vandalizminin şahididir... Bu gün Ballıcada həyat canlanır. Xocalı şəhidlərinin ruhu şaddır. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olundu.

İşğaldan azad olunan bir çox ərazilərdə olduğu kimi Xocalı rayonunun Ballıca kəndində də qaz təchizatının bərpası istiqamətində bir sıra işlər görülüb. Belə ki, 130 fərdi yaşayış evi təbii qazla təchiz olunub, hal-hazırda 112 abonent fasiləsiz, dayanıqlı və keyfiyyətli şəkildə mavi yanacaqdan istifadə edir. Bundan əlavə, Xocalı rayonunun Ballıca kənd tam orta məktəbinin qazanxanası da təbii qazla təmin olunub.