Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Sumqayıtda yataqxana binasında yanğın

02 apr 2025, 09:23
Sumqayıtda yataqxana binasında yanğın

Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən yataqxana binasında yanğın baş verib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dördmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın 4-cü mərtəbəsinin dəhlizində 30p.m. elektrik kabeli, 10kv.m. sahədə dolab və əşyalar, 1 ədəd pəncərə çərçivəsi və 1 otağın qapısı qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 14 nəfər bina sakini təxliyə edilib.

Yataqxana binası və otaqlar yanğından mühafizə olunub.