Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Bakıda bir dairə ləğv edilir: Məşhur restoran sökülür

28 mar 2025, 09:16
Bakıda bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Bakıda bir dairə ləğv edilərək ərazidəki məşhur restoran söküləcək.

Liderxeber.az məlumat verir ki, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairə ləğv edilir və yerində avtomobil tuneli inşa olunur.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsi-metronun ''Koroğlu'' stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində aparılır. Nəqliyyatın hərəkətinin intensiv olduğu yolda işlər sürətlə aparılır ki, tez bir zamanda təhvil verilsin.

Obyekt işlədənlər bildiriblər ki, plana düşmə ilə bağlı bildiriş alıblar. Hazırda kompensasiya məbləğinin hesablanması gedir. Bundan sonra ərazidə tunelin tikintisinə mane olan ''Şəki'' restoranı və ona bitişik digər tikililər söküləcək.

Aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti də həmin ərazidə məhdudlaşdırılıb. İş icraçısı bildirib ki, yolun tam olaraq təxminən bir il yarıma qədər istifadəyə verilməsi planlaşdırılır.