Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Ağdamdan son görüntülər: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq

26 mar 2025, 09:01
Ağdamdan son görüntülər: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq

Əzəli torpaqlarımızda quruculuq işləri sürətlə irəliləyir.

Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri həyata keçirilir. Şəhərin və kəndlərin sürətli bərpası ilə yanaşı, burada yaşayacaq sakinlər üçün müasir infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün hər cür şərait təmin edilir.

Liderxeber.az məlumat verir ki, yenidən qurulan Ağdam şəhəri ilə yanaşı, kəndlərin də tikintisi davam edir. Böyük Qayıdış proqramı çərçivəsində Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində genişmiqyaslı tikinti və quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir.

Bu kəndlərdə tikinti işləri artıq son mərhələyə çatıb. Xıdırlı kəndində 719, Sarıcalıda 200, Kəngərlidə isə 292 fərdi evin tikintisi tamamlanmaq üzrədir. Eyni zamanda, burada emalatxanalar, icma mərkəzləri, çoxfunksiyalı binalar, məktəblər, bağçalar və kənd bazarlarının tikintisi də başa çatmaq üzrədir.

Qeyd edək ki, 2025-ci ilin sonuna qədər Ağdamda 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.