Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Güclü küləyə görə Bakıda 10 ünvanda ağac aşdı

21 mar 2025, 16:17
Güclü küləyə görə Bakıda 10 ünvanda ağac aşdı

Martın 20-si axşamdan əsən küləklə əlaqədar paytaxtda 10 ünvanda ağac aşıb, iki ünvanda isə iri budağın sınıb düşməsi halı baş verib.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, hadisələr, əsasən, Nərimanov, Yasamal, Nizami rayonlarında qeydə alınıb:

"Aşan ağaclar qovaqdır. Onların aşma səbəbi güclü külək və yaşlarının həddindən artıq çox olmasıdır".

"Ağacların aşması və iri budaqların sınaraq düşməsi hər hansı bir fəsad törətməyib. Bundan əlavə, birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər. Davam edən küləkli hava şəraiti ilə bağlı bundan sonra da hər hansı hadisə baş verərsə, ağacların və budaqların götürülməsi operativ şəkildə həyata keçiriləcək", - deyə məlumatda qeyd olunub.