Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

“AzerGold”un əməkdaşları Göygöldə yerli sakinlərlə görüşdü - Fotolar

19 mar 2025, 15:29
“AzerGold”un əməkdaşları Göygöldə yerli sakinlərlə görüşdü - Fotolar

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Göygöl rayonunda növbəti görüşü keçirilib.

Liderxeber.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən görüşdə “AzerGold” QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri iştirak ediblər.

Ənənəvi görüşün məqsədi yerli icmalarla işin gücləndirilməsi, görülən işlərlə bağlı məlumat verilməsi, sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.

“AzerGold” QSC-nin KSM Komitəsinin sədri, İdarə Heyətinin üzvü - sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək “Tülallar” qızıl mədəninin SSRİ dövründə kəşf edilsə də, geniş tədqiq edilmədiyini, Səhmdar Cəmiyyətinin apardığı geniş tədqiqatlar nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alındığı, 2023-cü ildən istismar işlərinin aparıldığını diqqətə çatdırıb.

Qeyd olunub ki, “Tülallar” mədəninin istismara verilməsi bölgədə məşğulluğun artırılması, Göygöl rayonunun əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına mühüm töhfələr verib.

X.Fərzəliyev “AzerGold” QSC və podratçı şirkətlər tərəfindən ümumilikdə 204 nəfər Göygöl rayon sakininin işlə təmin edildiyini diqqətə çatdırıb. Ötən dövr ərzində regionda sosial rifahın gücləndirilməsi istiqamətində dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Cari ildə sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafı, maarifləndirmə, ətraf mühit və digər istiqamətlər üzrə layihələrin icra ediləcəyi qeyd olunub.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib, vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və Cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Cəmiyyət tərəfindən hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.