Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

19 mar 2025, 14:32
Azərbaycandakı texnologiya parklarında süni intellekt texnologiyaları istehsal olunacaq

Azərbaycandakı texnologiya parklarında və sənaye zonalarında süni intellekt texnologiyaları istehsal olunacaq.

Liderxeber.az xəbər verir ki, bu Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda öz əksini tapıb.

Bu məqsədlə texnologiya parklarına və sənaye zonalarına süni intellekt texnologiyalarını istehsal edən rezidentlərin cəlb edilməsi nəzərdə tutulub.

Strategiyaya əsasən, Azərbaycanda süni intellekt sahəsində əlverişli biznes mühitinin yaradılması uçun yerli və xarici investisiyaların müəyyən edilmiş prioritet sektorlara cəlb olunması, müəyyən edilmiş prioritet sektorlar üzrə azı 3 pilot layihənin həyata keçirilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması, azı 50 sahibkarlıq subyektinə güzəştli kredit verilməsi planlaşdırılır.