Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Bakı metropoliteni bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

19 mar 2025, 12:06
Bakı metropoliteni bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Bakı metropoliteni Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və bayram günləri üzrə metropolitenin hərəkət qrafikində dəyişiklik olunub.

Liderxeber.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Martın 20-21-də saat 07:00-dan 21:00-dək "Əhmədli - 28 May" istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək. Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.

Xətlərin birləşdiyi "28 May" stansiyasından sonra - "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.

"Bakmil" istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.

Sərnişin axınının tənzimlənməsi məqsədilə "Nərimanov" elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.

Stansiyalarda növbətçilik cədvəli tərtib olunmaqla əlavə nəzarət mexanizmləri tətbiq ediləcək.