Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Ağstafada bayram tədbiri keçirildi - Fotolar

18 mar 2025, 18:00
Ağstafada bayram tədbiri keçirildi - Fotolar

Novruzun gəlişi Ağstafada ümumrayon bayram tədbiri ilə qeyd olunub.

Liderxeber.az xəbər verir ki, Ağstafa şəhəri, Heydər Əliyev parkında təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə parkın ərazisində Novruz atributları, milli ornamentlərlə bəzədilmiş istedadlı ağstafalıların əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olub, Novruzun personajları olan Bahar qız, Kosa və Keçəlin məzəli zarafatları ilə xalqımızın milli adət-ənənələrini, mənəvi dəyərlərini ehtiva edən ədəbi-bədii kompozisiyalara, eləcə də idmanın müxtəlif növləri üzrə gənclərin nümunəvi çıxışlarına tamaşa ediblər, həmçinin milli geyimli xanımların təqdim etdikləri bayram xonçalarındakı təamlardan dadıb, sacda bişirilən qutaba, fəsəliyə qonaq olublar.

Bayram səhnəsindən təbriklərini çatdıran Seymur Orucov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir. Vətəni qarşısında misilsiz fədakarlığı ilə xalqın yaddaşında əbədilik qazanmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi xətti ilə hər bir xalqın və millətin ən müqəddəs arzusu olan müstəqillik və suverenlik dəyərləri bərpa olundu. Böyük qürur hissi ilə deyə bilərik ki, özünün ən şanlı tarixini yaşayan müasir, suveren Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.

Mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı, o cümlədən ağstafalı tanınmış şairə Cığatel İsaqızının çıxışı rəğbətlə qarşılanıb.

Bayram tədbirində Novruz tonqalı alovlandırılıb və ətrafında xalqımızın güc, harmoniya, birlik simvolu olan milli Yallı rəqsi oynanılıb.