Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu

17 mar 2025, 17:39
Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu

Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində yol kənarında martın 1-də qazılan quyuda iş görülməməsi sakinlərin narazılığına səbəb olub.

Bu barədə onlar şikayət ünvanlayıblar. Bildiriblər ki, qazıntının nə məqsədlə aparıldığı məlum deyil, ərazidə işlərin davam etdirilməsi istiqamətində hər hansı bir tədbir görülmür.

Məsələ ilə bağlı sorğuya cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Baş planı"na əsasən, Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kanalizasiya kollektor və xətlərinin inşası işləri həyata keçirilir:

"Bu işlər çərçivəsində qazıntılar aparılan ərazilərdə müvafiq standartlara uyğun olaraq təhlükəsizlik sərhədləri və nişanları yerləşdirilib".