Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı

17 mar 2025, 16:36
Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı

"Azərbaycan dili bizim kimliyimizi müəyyən edən ən vacib amildir".

Liderxeber.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın onlayn platformasının təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda sözügedən platformanın ilkin versiyası təqdim olunur:

"Bu platforma bizə şəxslərin Azərbaycan dili ilə bağlı biliklərini yoxlamağa imkan verəcək. İmtahandan keçən hər kəs anket məlumatlarını daxil etməlidir.

Bizə kimin neçə bal topladığı önəmli deyil. Bu məlumatlar bizə hər bir sosial təbəqənin hansı biliklərə sahib olduğunu öyrənmək üçün lazımdır".

Məleykə Abbaszadə qeyd edib ki, Azərbaycan dilinin itməməsi üçün çalışmalıyıq:

"Azərbaycan dili hər bir sahədə olduğu kimi elmi sahədə də inkişaf etməlidir. Nəyə görə əvvəllər rus, indi isə ingilis dilində dissertasiya işlərinin yazılması tələb olunur? Bu, yazıların dünyanın bilməsi üçün lazımdır. Buna görə də Azərbaycan dili elmi sahədə inkişaf etməlidir. Yoxsa biz öz dilimizi itirə bilərik".

Sədr vurğulayıb ki, hazırda ilkin versiyasının təqdimatı keçirilən bu platformanın data məlumatları üçün 2000 nəfərin imtahanda iştirak etməsi lazımdır:

"Mən istəyərdim ki, elə burada əyləşən müəllimlər, habelə Yazıçılar İttifaqının üzvləri bu prosesdə iştirak etsinlər. Data üçün bizə 2000 nəfərin iştirakı lazımdır. Eyni zamanda, rus dilində məktəbi bitirib, Azərbaycan dilində fəaliyyət göstərənlərin nəticələrinin öyrənilməsi lazımdır".