Son Xəbərlər
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə

Azərbaycanda süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqlənib

17 mar 2025, 11:19
Azərbaycanda süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası təsdiqlənib

Nazirlər Kabineti “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası”nı təsdiq edib. 

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, İqtisadiyyat Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə sahilboyu yerləşən şəhər və rayonların zonalar üzrə bölgüsünü və həmin zona bölgüsü əsasında ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin kağız üzərində və elektron formada qrafik təsvirini (xəritəsini) təsdiq etməli, Dövlət Komitəsi ilə birlikdə mütəmadi aparılan monitorinqlər nəticəsində şəhərsalma və ərazi planlaşdırılması sənədlərində edilmiş dəyişikliklər nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılacaq su fondu torpaq sahələrinin və süni torpaq sahələrinin icarə haqlarının real vəziyyətə uyğunlaşdırılması üçün sahilboyu yerləşən şəhər və rayonlar üzrə müəyyən edilmiş zonalar əsasında icarə haqqının məbləğinə (bazis qiymətinə) və qiymətləndirmə zonalarının sərhədlərinə yenidən baxmalı və zərurət yarandıqda hökumətə razılaşdırılmış təklif təqdim etməli, qərardan irəli gələn digər məsələləri həll etməlidir. 

Qərarla icarə haqqının məbləğinin müəyyən edilməsində tətbiq olunan zonalar və zona əmsalları müəyyən edilib.