Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib

11 mar 2025, 13:19
Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib.

Liderxeber.az Agentliyə istinadən xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib.

İş adamları 43 milyon manatdan çox investisiya yatırıb, 160-dan çox daimi iş yeri yaradıb.

Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.

Park Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 30 hektar ərazini əhatə edir.