Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

Laçın aeroportuna işə qəbulla bağlı əmək yarmarkası keçirildi

10 mar 2025, 15:48
Laçın aeroportuna işə qəbulla bağlı əmək yarmarkası keçirildi

“Azərbaycan Hava Yolları” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Laçında əmək yarmarkası keçirilib.

Liderxeber.az xəbər verir ki, bu təşəbbüs, Böyük Qayıdış proqramı çərçivəsində Laçınəsilli vətəndaşlara 2025-ci ildə fəaliyyətə başlayacaq Laçın Beynəlxalq Hava Limanında iş imkanları yaratmaq və onların hava nəqliyyatı sektorunda karyera qurmasına dəstək olmaq məqsədilə həyata keçirilib.

Yarmarka çərçivəsində uçuşların elektrik-işıq texniki təminatı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizliyi, texnoloji avadanlıqların istismarı və təmiri sahələri üzrə 110-dan çox vakansiya təqdim edilib.

Əmək yarmarkasında 100-ə yaxın Laçın sakini iş üçün müraciət edib. Tədbir zamanı iştirakçılara hava limanında iş şəraiti, vakansiyalar üzrə tələblər barədə ətraflı məlumat verilib. Daxil olan bütün müraciətlər operativ şəkildə qiymətləndiriləcək və uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən uğurla keçən şəxslər Laçın Beynəlxalq Hava Limanında müvafiq vəzifələr üzrə işlə təmin ediləcəklər.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı yalnız nəqliyyat infrastrukturunun inkişafına deyil, həm də regionun sosial-iqtisadi dirçəlişinə mühüm töhfə verəcək. Yeni hava limanı məşğulluğun artırılması, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də turizmin inkişafı baxımından strateji əhəmiyyətə malikdir.