Son Xəbərlər
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin
“Yeni Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya
Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də
Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya milli

Azərbaycanda güzəştli ipoteka kreditləri ilə bağlı mühüm təklif

07 mar 2025, 13:28
Azərbaycanda güzəştli ipoteka kreditləri ilə bağlı mühüm təklif

"Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq.

Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək".

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur:"Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı. Ümumilikdə, bir sıra təkliflər əvvəlki illərdə də aktual olub. O baxımdan Ombudsman İnstitutu tərəfindən əvvəlki illərdə təqdim olunan təkliflərin icrası vəziyyəti ilə bağlı monitorinq aparılması və nəticələrin məruzədə əks olunması tövsiyə olunur. Çünki, təkliflərin tətbiqi səviyyəsi səmərəlilik meyarı olaraq vacibdir və bu eyni zamanda, İnsan Hüquqları Üzrə Müvəkkil tərəfindən təqdim olunan təkliflərin hökumət tərəfindən qəbul edilərək tətbiqi səviyyəsini də göstərmiş olardı. Bir sıra təkliflərin maliyyə yükü kifayət qədər böyükdür. Bu baxımdan təkliflərin ölçüləbilən olması yanaşı, onları fiksal imkanlara uyğunluğu vacibdir".