Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

AMEA-nın elmi işçisi Samid Bağırov tərəfindən “Əl-tac fi əxlaq əl-mülük” əsəri tərcümə edilib

20 fev 2024, 16:34
AMEA-nın elmi işçisi Samid Bağırov tərəfindən “Əl-tac fi əxlaq əl-mülük” əsəri tərcümə edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu IX əsrdə Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz tərəfindən qələmə alınmış “Əl-tac fi əxlaq əl-mülük” (Şahların əxlaqı haqda Tac əsəri) kitabının ərəbcədən tərcüməsini nəşr etdirib.

Bu barədə LiderXəbər-ə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, əsəri ərəb dilindən Azərbaycan dilinə Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırov tərcümə edib. Kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır.

Bəsrədə dünyaya gəlmiş və ömrünün çoxunu İraq və ətraf məmləkətlərdə keçirmiş ədib və tarixçi alim Əbu-Osman Əmr bin Bəhr əl-Cahiz (767-868) bu əsərində çalışıb ki, Abbasi xilafətinin dövrü ilə yanaşı, Əməvi xilafətinin, İslam xilafətinin ilkin çağı və əcəm şahlarının dövründə olan qanun-qaydaları və adət-ənənələri toplasın.

O bu işdə bacardığı qədər istinadlar verib. Əsər, əsasən xəlifə və şahların məclislərində, rəsmi toplantılarda, dövlət protokollarında, səyahətlərdə, milli və dini bayramlarında həyata keçirilən qayda-qanunlar və adət-ənənələri ehtiva edir. Kitabın adından göründüyü kimi, şahların əxlaqı dedikdə, onların bütün xislətləri və adətləri nəzərdə tutulur. Müəllif oxucunu şahlar və xəlifələrin sarayda, xəlvətdə, nədimləri arasında, səfirlər yanında, digər şahlar və əmirlərin yanında olan əhvalı ilə, rəftarı ilə tanış edir. O, hətta hökmdarların geyindiklərini, yeyib, içdiklərini və istifadə etdikləri ətriyyatı yaddan çıxarmır.