Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Atəşkəs ümidləri fonunda neft ucuzlaşdı

17 apr 2026, 08:15
Atəşkəs ümidləri fonunda neft ucuzlaşdı

Asiya bazarlarının açılması ilə İsrail və Livan arasında atəşkəsin bölgədəki münaqişəyə son qoyacağına dair nikbinlik neft qiymətlərinin düşməsinə səbəb olub.

Liderxeber.az xəbər verir ki, “Brent” markalı xam neftin fyuçersləri Bakı vaxtı ilə saat 04:21-ə 1 faizdən çox ucuzlaşaraq, bir barel üçün 98,05 dollara enib.

ABŞ xam nefti də oxşar dinamika göstərərək, 94 dollar həddindən aşağı düşüb.

Xatırladaq ki, İran ətrafında artan gərginlik fonunda mart ayında neft qiymətləri təxminən 50 faiz yüksələrək, rekord səviyyəyə çatmışdı. Lakin son günlər bazarda korreksiya müşahidə olunur və qiymətlər yenidən 100 dollar psixoloji həddindən aşağı enib, həftə ərzində isə 90 dollar civarında dalğalanıb.

İnvestorlar, eyni zamanda, ABŞ rəsmilərinin iranlı həmkarları ilə mümkün görüşü ilə bağlı xəbərləri də diqqətlə izləyirlər. Bu diplomatik təmaslar qlobal təchizatla bağlı narahatlıqları qismən azaldaraq, bazarlarda sabitləşdirici rol oynayır.