Son Xəbərlər
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il
Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin
Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin

Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb

06 mar 2026, 18:03
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib.

Forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub.

"Hacıqabul Quşçuluq" şirkəti kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına verdiyi əvəzsiz töhfələrə xüsusi mükafata layiq görülüb.

Mükafat Dövlət Vergi Xidmətininin rəisi Orxan Nəzərli tərəfindən "Hacıqabul Quşçuluq" şirkətinin təsisçisi və direktoru Nemət Babaşova təqdim edilib.

Bu mükafat "Hacıqabul Quşçuluq" şirkətinin məşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Qeyd edək ki, bu il Azərbaycanın quşçuluq sənayesinin aparıcı istehsalçılarından biri olan "Hacıqabul Quşçuluq" şirkəti öz fəaliyyətinin 50 illik yubileyini qeyd edir. Yarım əsrlik tarixi ərzində müəssisə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, daxili bazarın keyfiyyətli yumurta ilə təmin edilməsinə və kənd təsərrüfatı sektorunun inkişafına mühüm töhfələr verib.